12 C
Baku
Wednesday, December 11, 2024

Rəşid İsmayılov Rusiyanın “Beeline” şirkətinə rəhbərlik edəcək

Rusiyanın “Vimpelkom” (“Beeline” brendi) telekommunikasiya şirkətinin direktorlar şurası avqustun 17-də keçirilən iclasda şirkətin prezidenti vəzifəsinə Rəşid İsmayılovu seçib. Banker.az xəbər verir ki, bu barədə operatorun açıqlamasına istinadən TASS məlumat verib.

Verilən məlumata görə, Rəşid İsmayılov 2023-cü ilin avqsut ayına qədər hesablanmış üç illik müqavilə imzalayıb.

Xatırladaq ki, daha əvvəl İsmayılov “Beeline” şirkətində baş direktorun müşaviri vəzifəsində çalışıb.

İsmayılovdan əvvəl 2014-cü ildən bəri şirkətin prezidenti Aleksandr Krupov olub.

“Vimpelcom”un nimzamnaməsinə əsasən, prezident operatorun dövlət sirlərini əks etdirən məlumatlarla işləməsinə cavabdehdir, baş direktorun isə onlara çıxışı yoxdur. Eyni zamanda, prezident dövlətə şirkətin maraqlarını təqdim edir və fərdi məlumatlarla işləmə siyasətini müəyyənləşdirir.

Rəşid İsmayılov 2014-cü ildən 2018-ci ilə qədər Rusiya Federasiyasının rabitə nazirinin müavini vəzifəsini icra edib, sonra Rusiyada “Nokia” şirkətinin baş direktoru vəzifəsində çalışıb. 2019-cu ildən etibarən “Məlumatların işlənməsi və avtomatlaşdırılması mərkəzi” şirkətinə rəhbərlik edib.

Son xəbərlər
Digər xəbərlər