Azərbaycan 2020-ci ilin yanvar-iyul aylarında əczaçılıq məhsulları və tibbi ləvazimatların satışından 383,3 miyon manat gəlir əldə edib. Ötən ilin müvafiq dövründə bu məhsulların satışından gəlir 276,1 milyon manat təşkil edib. Belə ki, cari ildə Azərbaycanın tibbi məhsulların satışından gəliri 38,8% və yaxud 1,4 dəfə artıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 7,8 dəfə artaraq 2,7 milyon manat təşkil edib.
Onu da qeyd edək ki, əczaçılıq məhsullarının satışındakı artım koronavirus infeksiyasının yayılması ilə əlaqədardır.