9 C
Baku
Thursday, December 12, 2024

Honkonq ABŞ-a etirazını bildirib

Honkonq ABŞ-ı üç müqaviləyə xitam verdiyi üçün qəti şəkildə pisləyib.

AA xəbər verir ki, Honkonq Xüsusi Muxtar Bölgəsi (HKSAR) rəhbərliyinin verdiyi açıqlamada ABŞ hökuməti tərəfindən Çinlə münasibətlərdə əlavə gərginlik yaratmağa və bunun üçün Honkonqu girova çevirməyə yönələn addımları kəskin şəkildə qınayaraq bundan təəssüfləndikləri ifadə olunur.

Açıqlamada ABŞ prezidentinin 14 iyul tarixli sərəncamında nəzərdə tutulmuş tədbirlərin davamı olaraq Dövlət Departamenti tərəfindən dünən qaçaq cinayətkarları təslim etmək, məhkumları nəql etmək, habelə beynəlxalq daşımalardan götürülən gəlirlərin vergidən azad etmək haqqında ikitərəfli müqavilələrini dayandırdıqları və ya xitam verdikləri bildirildiyi göstərilir.

Dövlət Departamentinin bu barədəki açıqlamasında Çin hökumətinin “Honkonq xalqının azadlıqlarını əzən və eyni zamanda, Milli Təhlükəsizlik Qanununu pozan qərarı”na qarşı addım atdıqları qeyd olunur.

Ağ Ev həmçinin HKSAR rəhbəri Karri Lam, habelə bir neçə hazırkı və sabiq rəsmi şəxs barəsində “Honkonq muxtariyyatını sarsıtdıqları” üçün sanksiya tətbiq edib.

Xatırladaq ki, bu il iyunun 30-da Çin Milli Xalq Konqresinin qəbul etdiyi, ertəsi gün də Honkonq qanunyaradan qurumunda təsdiqlənmiş yeni təhlükəsizlik qanunu beynəlxalq aləmdə geniş mənfi əks-səda yaratmışdı.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər