“Pandemiya şəraitində bütün tibb işçiləri ixtisaslarından asılı olmayaraq bu işə cəlb edilirlər”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, həm Bakıda, həm də bölgələrdə çox sayda təlimlər keçirilib.
“Bütün başqa ixtisasda çalışan həkimlərimiz də bu təlimlərə qoşulub. Bu, bütün dünyada belədir. Yoluxma azaldığı və xəstə sayı az olduğu üçün bəzi pandemiya xəstəxanalarımız bağlanılıb. Həkimlərə istirahət verilib. Payıza hazırlıq işləri görülür”, – deyə Y. Qarayeva qeyd edib.