“Fitch” beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yenidən “BB-” səviyyəsində təsdiqləyib.
Bu barədə agentliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, reytinq üzrə proqnoz “Sabit”dən “Mənfi”yə dəyişdirilib.
“Fitch” bəyan edib ki, Türkiyənin valyuta ehtiyatlarında tükənmə müşahidə olunur, pul siyasəti zəifdir, cari əməliyyatlar balansında kəsir var və bütün bunlar ölkənin xarici maliyyə risklərini artırır. Agentlik hesab edir ki, bu il Türkiyə iqtisadiyyatı 3,9% kiçiləcək, gələn il isə 5,4% böyüyəcək.