ABŞ Dövlət katibi Mayk Pompeo Yaxın Şərqə səfəri başlayıb.
“Times of Israel”in verdiyi xəbərə görə, Mayk Pompeo səfər çərçivəsində bu gün səhər İsrailə gəlib.
ABŞ Dövlət katibi bu gün İsrail Baş naziri Benyamin Netanyahu, Müdafiə naziri Benni Qantz, Xarici İşlər naziri Qabi Aşkenazi ilə görüşlər keçirəcək.
Görüşlərdə İsarilə BƏƏ arasında, o cümlədən Ərəb ölkələri ilə əlaqlərin normallaşması istiqamətində və İrana qarşı beynəlxalq sanksiyaların bərpası istiqamətində səylər müzakirə olunacaq.
Regiona səfəri çərçivəsində Mayk Pompeonun Qətər, BƏƏ, Oman, Bəhreyn və Sudana səfəri gözlənilir