15 C
Baku
Sunday, November 24, 2024

CVV/CVC şifrə nədir?

Bu kredit və debet kartları ilə həyata keçirilən əməliyyatlar zamanı təhlükəsizliyi təmin edən gizli şifrədir.

Bu şifrələrin iki növü mövcuddur:

  • CVC1 yaxud CVV1 birbaşa olaraq kart sahibinin istifadə etdiyi bank kartları üçün nəzərdə tutulub. Daha sadə dillə desək, bank kartından yalnızca bank kartının sahibinin müşayiəti ilə istifadə etmək mümkündür. Məsələn, kassa və bankomatlarda. Lakin internet vasitəsilə ödəniş həyata keçirmək mümkün olmayacaq.
  • CSC şifrə kimi də məşhur olan CVV2, yaxud CVC2 kart sahibinin şəxsən iştirak etmədiyi hallarda əməliyyatı təsdiq etmək üçün istifadə edilir. Məsələn, internet, faks, yaxud telefon vasitəsilə edilən ödənişlər zamanı bu şifrəni təqdim etməklə kartın məhz sizdə olduğunu sübut etmiş olursunuz.
  • iCVV yaxud Dynamic CVV — çipli bank kartıdır.

cvv_no

Bu şifrəni kartın üzərində görmək mümkündürmü? Xeyr, CVC1/CVV1 şifrə kart üzərində çap edilmir və maqnit lent üzərində yerləşir.

CVC2/CVV2 şifrəsi kartın digər tərəfində, 3 rəqəmdən ibarət imzanızın olduğu hissədə yerləşir. American Express-də bu rəqəmlərin sayı 4-dür.

CVC2/CVV2 şifrə harada gərəyiniz ola bilər?

Bu şifrə internet vasitəsilə ödəniş edərkən sizi və hesabınızı fırıldaqçılardan qoruyur.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.