8 C
Baku
Thursday, December 12, 2024

Çinin elektrikli avtomobil istehsalçısı IPO hesabına 1,5 mlrd. dollar cəlb edib

Çinin “Xpeng Motors” startapı Nyu-York fond birjasında ilkin kütləvi yerləşdirmə (IPO) zamanı 1,5 milyard dollar cəlb edib.

Banker.az xəbər verir ki, bu barədə “TechCrunch” yazıb.

“The Wall Street Journal”nun qeyd etdiyi kimi, şirkət biri 15 dollar qiymətinə ümumilikdə  99,7 milyon səhm satıb. Xatırladaq ki, IPO-dan əvvəl startap biri 11-13 dollar qiymətinə 85 milyon səhm satmağı planlaşdırıb, lakin investorların marağının artması səbəbindən planlarını yenidən nəzərdən keçirib.

İlkin kütləvi yerləşdirmə “Xpeng” şirkətinə investorlardan daha böyük məbləğ cəlb etməyə imkan verəcək. Bundan əlavə, əlavə maliyyələşdirmə ona “Li Auto”, “Nio”, “WM Motor” və  “Tesla” ilə rəqabət aparmağa kömək edəcək.

“Xpeng” 2014-cü ildə Çində qurulub, baş ofisi Guangzhou şəhərində  yerləşir. Qeyd edək ki, şirkətin öz zavodu yoxdur, elektrokarlar dövlətə məxsus olan “Haima” istehsalçısı tərəfindən yığılır.

“Crunchbase”ın verdiyi məlumata görə, 2014-cü ildən bu günə kimi “Xpeng” 2,6 milyard dollar investisiya cəlb edib. Onun investorları arasında “Alibaba” və “Xiaomi” də var.

Şirkət 2018-ci ilin sonunda ilk G3 avtomobilini təqdim edib. 2019-cu ilin iyun ayına qədər artıq 10 min avtomobil istehsal edilmişdir. 2020-ci ilin iyul ayında isə “Xpeng” P7 elektrik sedanını təqdim edib (“Tesla”nın Model 3 avtomobilinin rəqibi).

Xatırladaq ki, 2019-cu ilin mart ayında “Tesla” keçmiş mühəndisini (“Xpeng”in əməkdaşı) avtopilot texnologiyasının oğurlanmasında günahlandırıb. 2020-ci ilin iyununda isə “Xpeng” şirkətinə qarşı iddia qaldırıb.

Son xəbərlər
Digər xəbərlər