10 C
Baku
Tuesday, November 26, 2024

Universitetlərdə mühazirələr onlayn olacaq

“Dərslərin başlanması adi qaydada olmayacaq. Hazırda yeni yanaşmalar müzakirə edilir”.

Bu fikirləri Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi Komitənin sədri Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məktəblərdə sıxlıq maksimum dərəcədə azaldılmalıdır: “Aşağı siniflərdə dərslərə başlanılsa da, onlayn tədrisdən istifadə etmək lazım olacaq. Universitetlərdə isə mühazirələr birmənalı şəkildə onlayn olacaq. Adi praktik məşğələlər də onlayn formada olacaq. Hesab etməyək ki, sentyabrın 15-də dərslər ənənəvi formada həyata keçiriləcək. Yekun qərarı gözləmək məsləhətdir”.

Son xəbərlər
Digər xəbərlər