Brent neftinin qiyməti iyun ayının ilk dekadasından bu tərəfə ilk dəfə 40 dollardan aşağı düşüb.
Bu barədə Banker.az Bloomberg-in 08:40 radələrinə (Bakı vax.) olan göstəricilərinə istinad edir.
Brent markalı xam neftin qiyməti 39.63 dollar/barel olmaqla 0.38% ucuzlaşıb. Amerika nefti WTI sessiya ərzində 0.57% ucuzlaşmaqla oktyabr fyuçerslərinə 36.55 dollar barel təşkil edib.