10 C
Baku
Friday, December 13, 2024

İlon Mask dünyanın ən zəngin adamlarının ilk beşliyindən çıxıb

“Tesla” və “SpaceX”in qurucusu İlon Mask sərvətinin 16,3 milyard dollarını itirərək, dünyanın ən zəngin adamlarının ilk beşliyindən çıxıb. Banker.az xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index” indeksinə istinadən “Bloomberg” məlumat verib.

Reytinqin məlumatlarına görə, hazırda İlon Maskın sərvəti 82,2 milyard dollar təşkil edir ki, bu da dünyanın ən zəngin adamları sırasında altıncı yerə uyğun gəlir.

Bu, çərşənbə axşamı günü elektrikli avtomobil istehsalçısının səhmlərinin ucuzlaşması ilə əlaqəli olub. Xatırladaq ki, “Tesla” səhmləri 21,06% azalaraq 330,21 dollar qiymətinə düşüb.

Dünyanın ən zəngin adamları arasında birinci yerdə Ceff Bezos (186 milyard dollar), ikinci yerdə Bill Qeyts, üçüncü yerdə Mark Zuckerberg (103 milyard dollar), dördüncü və beşinci yerlərdə isə müvafiq olaraq Bernard Arno (85,5 milyard dollar) və Uorren Baffet (82,4 milyard dollar) dayanır.

Son xəbərlər
Digər xəbərlər