Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin 2020-ci il payız sessiyası üçün işlər planına daxil edilən qanun layihələri məlum olub.
Bunu komitənin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, komitənin 2020-ci il payız sessiyası üçün işlər planına iki məsələ daxil edilib:
“Bunlar “Turizm haqqında” və “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihələridir. Sessiya ərzində bir neçə qanunlara da əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub”.