Gürcüstanda keçiriləcək toylarda iştirakçı sayı 10 nəfərdən çox olmamalıdır.
Bu barədə Gürcüstan hökumətinin qərarında bildirilib.
Doğum günü, şənliklər və digər bu kimi kütləvi mərasimlərdə də iştirakçıların sayı maksimum 10 nəfər təşkil etməlidir.
Qeyd edək ki, sabahdan Gürcüstanda açıq və qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsi qadağan olunacaq.