10 C
Baku
Friday, December 13, 2024

Avropanın ən bahalı fintexi “Klarna” xidməti olub: şirkətin kapitallaşması 10 mlrd. dolları keçib

İsveçin “Klarna” xidməti “Silver Lake Partners” vençur fondu, Sinqapurun rifah fondu və digər investorlardan 650 milyon dollar cəlb edib.

Banker.az xəbər verir ki, bu barədə CNBC məlumat verib.

Şirkət müştərilərə müxtəlif satınalmalar üçün faizsiz hissəli ödəniş təklif edir, hal-hazırda onun tətbiqindən 12 milyondan çox insan istifadə edir, yükləmələrin sayı isə gündə 55 mindən çox olur.

Agentlik qeyd edir ki, son raundda investorlar “Klarna”nı 10,6 milyard dollar dəyərində qiymətləndiriblər – şirkət Avropanın ən bahalı “unicorn”u olub.

2020-ci ilin avqust ayının sonunda “Klarna” və onun Avropadakı rəqibləri olan “Revolut” və “Checkout.com” eyni səviyyədə qiymətləndiriliblər – 5,5 milyard dollar. Bundan əlavə, “Klarna” dünyanın ən bahalı fintex şirkətlərinin ilk onluğuna daxil olub.

Xidmət 2005-ci ildə Sebastyan Semyatkovski, Viktor Yakobsson və Niklas Adalbert tərəfindən işə salınıb. “Klarna” Avropanın ən bahalı fintexi ilk dəfə 2019-cu ilin avqust ayında olub. Onda xidmət 460 milyon dollar cəlb edib. 2018-ci ildə şirkət təxminən 2,25 milyard dollar dəyərində qiymətləndirilib.

Son xəbərlər
Digər xəbərlər