Salyanda bankda sürücü işləyən şəxs tabel silahı ilə atəş açaraq intihar edib. Polisdən verilən məlumata görə, hadisə bu gün 12.00 radələrində bankların birinin həyətində, xidməti avtomobilin içində qeydə alınıb.
Şirvan şəhər sakini, 1962-ci il təvəllüdlü İsgəndərov Telman Əmir oğlu ona məxsus “Makarov” tipli tabel silahı ilə sağ gicgah nahiyəsindən atəş açaraq intihar edib.
Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.
Apa