-1 C
Baku
Sunday, December 15, 2024

“AzerGold” tədavül müddətində istiqrazlarını geri almayacaq

“AzerGold” QSC-nin tədavülə buraxacağı istiqrazlar faizli, təminatsız, sənədsiz, adlı qiymətli kağızlar olacaq.

Bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verilir.

Məlumata görə, istiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb.

Bundan başqa, qurum bəyan edib ki, fiziki şəxslər istiqrazlar üzrə onlara ödənilən faizlərdən (kupon) 1 fevral 2023-cü ilə qədər vergi ödəməyəcəklər. Hüquqi şəxslər isə əldə etdikləri faizlərin 10%-i qədər vergi ödəməli olacaqlar.

Xatırladaq ki, “AzerGold” “Bakı Fond Birjası” QSC-də istiqrazlarını yerləşdirməyə hazırlaşır. Söhbət hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 200 min ədəd istiqrazdan (20 milyon dollarlıq) istiqrazdan gedir. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliyi 4%-dir. Faizlər rübdə bir dəfə ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər