3 C
Baku
Saturday, December 14, 2024

Tədqiqat: hibrid elektrikli avtomobillər havanı gözləniləndən üç dəfə çox çirkləndirir

“Transport & Environment” hərəkatının tədqiqatçıları müəyyən ediblər ki, hibrid elektrikli nəqliyyat vasitələrinin (PHEV) havaya buraxdığı karbon qazının (CO2) miqdarı bir kilometrdə 117 q təşkil edir.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, bu rəqəm rəsmi test nəticələrindən xeyli yüksəkdir. Ümumilikdə hesablamalara görə, hibrid elektrikli avtomobillər iş zamanı havaya təxminən 28 ton CO2 buraxacaq. CNBC “iş zamanı” dedikdə, nə qədər müddətin nəzərdə tutulduğunu qeyd etmir. Müqayisə üçün: benzinlə işləyən avtomobil 39 ton, dizel yanacaqla işləyən avtomobil isə 41 ton CO2 buraxır.

“Araşdırmalar da göstərir ki, PHEV nəqliyyat vasitələrinin ekologiyaya vurduğu zərər, adi avtomobillərlə müqayisə edilə bilər”, – təhlilin nəticələrində deyilir. “Transport & Environment”in vurğuladığı kimi, bu nəticə təxminən 20 min hibrid elektrikli avtomobildən toplanan məlumat əsasında yaranıb.

“Elektriklə işləyən hibridlər – quzu dərisinə bürünmüş canavarlardır. Onlar ekoloji cəhətdən daha təmiz görünə bilər, lakin emissiyanın aşağı olması ilə bağlı yalan iddialar – dizel və benzinlə işləyən avtomobil istehsalçıları üçün bir fürsətdir”, – deyə “Greenpeace”in Böyük Britaniyadakı rəhbəri Rebekka Nyusom söyləyir.

“Society of Motor Manufacturers and Traders”in rəhbəri Mayk Hous “Transport & Environment”in açıqlamasını yanlış hesab edir. Onun sözlərinə görə, təşkilatın hesabatı test zamanı əldə edilmiş rəqəmlərə əsaslanır.

“Buna baxmayaraq, hesabatın nəticələri hibrid elektrikli avtomobillərin benzin və dizel ilə işləyən nəqliyyat vasitələri ilə müqayisədə tullantıları 30% azaldırlar”, – mütəxəssis əlavə edir.

Son xəbərlər
Digər xəbərlər