“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətin xüsusi geyim formalarının satın alınması üçün elan etdiyi tenderin qalibi məlum olub.
Banker.az xəbər verir ki, qalib şirkət “Sear Supply” Məhdud Məsuliyyətli Cəmiyyətdir və qalib şirkətlə satınalınma müqaviləsi bağlanıb.
Müqavilənin ümumi məbləği 505 min 686 manatdır.
Bildirək ki, “Sear Supply” MMC 2016-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Rəşad Səlimli Fərman oğludur.
Xatırladaq ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə Prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Hazırda onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.