ABŞ prezidenti Donald Tramp Kubaya qarşı yeni məhdudiyyətlər tətbiq edib. Həmçinin ABŞ vətəndaşlarının Kuba rəhbərliyinə məxsus binalara girişi qadağan edilməklə yanaşı, Kuba tütünü və alkoqolunun idxalı da məhdudlaşdırılıb.
“RİA Novosti” xəbər verir ki, o bu barədə Koçinos buxtasındakı əməliyyat veteranlarının şərəfinə Ağ Evdə keçirilən tədbirdə deyib.
“Kommunizmə qarşı davam edən mübarizəmizin bir hissəsi olaraq bildirirəm ki, Maliyyə Nazirliyi amerikalıların Kubaya səfərləri müddətində onların bu ölkə rəhbərliyinə məxsus ərazilərdə olmalarını qadağan edəcək”, – Tramp belə deyib.