“AzerGold” QSC ölkə prezidentinin tapşırıqlarına uyğun olaraq gəlirlilik səviyyəsini artırmağı qarşısına məqsəd qoyub”.
Bunu “AzerGold”un istiqrazlarının hərraca çıxarılması ilə bağlı keçirilən tədbirdə səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
“Buna nail olmaq üçün yeni mədənlərin kəşf edilməsi, işə salınması vacibdir. Bu da öz növbəsində yeni sərmayə qoyuluşlarını tələb edir. Bu istiqrazlar həm biznes strukturları, həm də sadə vətəndaşlar üçün yeni gəlir mənbələri formalaşdırır.