“Azərbaycan və Gürcüstan xalqları hər zaman mehriban qonşuluq şəraitində yaşayıblar”.
Bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı David Zalkaliani ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, dövlətlərimiz hər zaman müstəqillik yolunda birgə addımlayıblar, bir-birini dəstəkləyiblər.
“Bu dəstək bu gün də ikitərəfli və çoxtərəfli platformalarda davam edir. Azərbaycan-Gürcüstan əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşı və investorlarından biridir. Ölkələrimiz beynəlxalq səviyyəli enerji resurslarının, enerji mənbələrinin şaxələndirilməsində böyük rol oynayır”, – deyə Azərbaycan XİN başçısı qeyd edib.