Hindistanın dəmiryol naziri Sureş Anqadi koronavirusdan ölüb.
“Anadolu” xəbər verir ki,sentyabrın 21-də ona koronavirus diaqnozu qoyulub.
Hindistanın baş naziri Narendra Modi S.Anqadi “çox çalışqan” hökumət üzvü kimi olduğunu bildirib.
Qeyd edək ki, Hindistanda indiyədək 5 737 197 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 4 674 987 nəfər sağalsa da, 91 204 nəfər ölüb.