2020-ilin avqust ayı üçün Azərbaycana 30 milyon 768 min ABŞ Dolları dəyərində 44 min 465 ton düyü idxal olunub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkəyə idxal edilən düyünün miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 12 min 22 ton artıb.
Qeyd edək ki, 2018-ci ilin fevral ayında Azərbaycanda 2018-2025-ci illərdə düyü istehsalının inkişafı üzrə Dövlət Proqramı qəbul edilib. Ona əsasən, 2025-ci ilə qədər yerli istehsal düyü istehlakına olan tələbatı təxminən 90%-dən çoxunu ödəməlidir. Sənəddə əkin sahələrini 10 min hektara qədər genişləndirmək və məhsuldarlığı 1 hektardan 40 sentnerə qaldırmaq üçün tədbirlərin görülməsi nəzərdə tutulur.