İŞÇININ VƏZIFƏSI:
Fiziki şəxs olan VIP müştərilərə bank məhsul və xidmətlərinin təqdim etmək;
Sürətli pul köçürmələri üzrə əməliyyatların rəsmiləşdirilməsi, əməliyyatların beynəlxalq ödəniş sistemində icra olunması, iş gününün sonunda ödəniş sistemi üzrə əməliyyat günü üzrə yekun hesabatları hazırlamaq;
Əmanət kitabçasında yazılışları aparmaq;
Hesablarında olan vəsaitin konvertasiya edilməsi üçün VIP müştərilərdən sifarişləri qəbul etmək, yoxlamaq və icra etmək;
VIP müştərilərə məlumat və məsləhət vermək, onlara bank məhsul və xidmətlərini reklam etmək;
Müəyyən olunmuş limit çərçivəsində kassa məxaric sənədlərini imzalamaq, məxaricə icazə vermək;
VIP müştəri hesabında olan vəsaiti konvertasiya etmək, müştəri tərəfindən tərtib olunan sərəncamların, inkasso tapşırıqlarının qəbulu, onların uçotu, balansdankənar hesablarda uçota alınması və vaxtında icrasını həyata keçirmək;
VIP müştərilərə bank hesablarının açılmasını həyata keçirmək;
Kredit və əmanət əməliyyatlarının tam sənədləşməsini həyata keçirmək;
Sərəncamların, inkasso tapşırıqlarının qəbuluna, onların uçotu, balansdankənar hesablarda uçota alınmasına və vaxtında icrasına nəzarət etmək.
TƏLƏBLƏR:
Ali iqtisadi və ya riyazi təhsil;
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli, digər xarici dillər arzuolunandır;
Məsuliyyət, düzgünlük, dəqiqlik, məxfilik və etibarlılıq kimi mütləq göstəricilərə malik olmalı;
Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;
Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insan psixologiyasına bələd olmaq;
Əməliyyatların icra edilməsində yüksək operativliyə sahib olmaq;
Müştərilərin bütün suallarının cavablandırılması üçün kifayət qədər nəzəri və praktiki biliklərə sahib olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 13 oktyabr 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyatçı-xəzinədar) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.