Ermənistanın eks-prezidenti Serj Sarkisyan Qarabağa gəlib.
Ermənistan KİV-nə istinadən xəbər verilir ki, Azərbaycanın Xankəndi şəhərinə gələn Sarkisyan yerli separatçı rejimin rəhbər şəxsləri ilə görüşüb.
Serj Sarkisyanın gəlişinin yerli əhali tərəfindən soyuq qarşılandığı da gələn məlumatlar arasındadır. Onlar eks-prezidentin döyüşlərin 7-ci günü Qarabağa gəlməsini gecikmiş addım sayırlar.