12 C
Baku
Saturday, November 23, 2024

Müharibəyə cəlb olunan şəxslərin əmək haqqıları necə tənzimlənir?

Müharibə dövründə, işçilərin hərbi xidmətə cəlb olunduğu zaman, iş yerləri və əmək haqqları saxlanılırmı?

Əmək Məcəlləsinin 179 maddəsinə əsasən işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir.

  1. Aşağıdakı hallarda işçinin iş yeri və orta əmək haqqı saxlanılır:
  2. g) hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlarda və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi-nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda;

ğ) hərbi və fövqəladə vəziyyətlə əlaqədar, habelə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün müvafiq işlərin görülməsinə cəlb olunduqda;

Göründüyü kimi, şəxs hərbi xidmətə yenidən çağrıldıqda onun iş yerləri saxlanılır və əmək haqqıda müharibə dövründə ona ödənilməkdə davam edir.

Misal: A adlı şəxs mühəndisdir və 500 manat maaş alır. Onu müharibəyə çağırıblar. Belə olan halda A mühəndisin yerinə heç kəs işə götürülmür. Onun adı işdə işçi kimi gedir və hər ay olduğu kimi 500 manat maaşın alır. 

 

İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər

 

Maddə 78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər

İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:

  • şəhid ailəsinin üzvlərinə; §müharibə iştirakçılarına; § əsgər və zabitlərin arvadlarına (ərlərinə); § öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; § həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; § məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; (5) § kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər

şəxslərə.

Misal: A şəxs müharibə iştirakçısıdır və mühəndisdir. B şəxs isə müharibə iştirakçısı deyil amma o da mühəndisdir. Müəssisə işçiləri ixtisar edir. İxtisar zamanı B şəxs işdən azad olunduğu zaman, A şəxs işdə saxlanmalıdır.

Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları

Əmək Məcəlləsinin 77 maddəsində qeyd edilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi, işçilərin sayının və ştatlarının ixtisarı halları istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər. (6, 7, 21, 42, 48)

Müəssisənin ləğvi

Misal: “A” şəxs  müharibəyə çağrılır. Müharibədə olduğu zaman müəssisə ləğv olunur. Belə halda onunla olan əmək müqaviləsinə xitam verilə bilər. Səbəb 77 madədir.

Ştatların ixtisarı

Misal: “A” şəxs müharibəyə çağrılır. Müharibədə olduğu zaman işçilərin sayı və ştatları azaldılır. Bu halda A şəxslə müqaviləyə xitam verilir.

İqtisadçı-ekspert Rauf Qarayev

 

 

 

Son xəbərlər
Digər xəbərlər