Türkiyədə Nazirlər Kabinetinin iclası başlayıb.
“Hürriyet”ə istinadən xəbər verilir ki, toplantıya Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edir.
İclasda Azərbaycan Ordusunun Ermənistanın yeni təcavüz aktına qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları da müzakirə olunur.
Toplantıda həmçinin Şərqi Aralıq dənizindəki durum, terrorçuluğa qarşı mübarizə, iqtisadi inkişaf mövzuları, koronavirusla mübarizə, pandemiya şəraitində ölkədə təhsilin təşkili məsələləri müzakirə edilməsi gözlənilir.