Bu ilin 6 ayı ərzində Access Bankın aktivləri 927 001 523 manata çatıb.
Banker.az portalının məlumatına əsasən Bankın aktivləri yarım il ərzində yəni ilin əvvəlindən 20% artıb.
Access Bankın ümumi kredit portfelində isə 6 ay ərzində 16% yəni 95 843 304 manat artım müşahidə olunub.
Qeyd edək ki, Bankın vaxtı keçmiş kreditləri 512.67 min manat təşkil edir. Bankın işçi heyəti isə bu il ərzində 155 nəfər artaraq, 2 043 nəfərə çatıb.