Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş Cəbrayıl rayonunun Şükürbəyli kəndində ölkəmizin şanlı üçrəngli bayrağı asılıb.
Bildirilib ki, kəndin mərkəzində yerləşən ələ keçirilmiş hərbi hissədə bayrağımız əsgərlərimiz tərəfindən yüksəkliklərə çəkilərək qürurla dalğalandırılıb.