4 C
Baku
Thursday, March 6, 2025

Marketinq şöbəsinin müdiri (Parabank ASC)

TƏLƏBLƏR:

• Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
• Marketinq və ya PR sahəsində  minimum üç  illik təcrübəyə malik olması;
• Marketinq və bazar araşdırmalarını dərindən bilməli
• Şöbənin  işlərini planlaşdırma bacarığına malik olması;
• Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti;
• Rus,İngilis dillərində sərbəst danışıq bacarığı;
• Komputer proqramlarını dərindən bilməsi

İŞÇININ VƏZIFƏSI:

• Marketinq strategiyasını işləyib hazırlamaq və müvafiq təsdiqdən sonra onun yerinə yetirilməsini təmin etmək;
• Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmaları aparmaq, mövcud məhsul və xidmətlərin yeni bazarlarını, onların bazar qiymətlərini və müştəri qruplarını müəyyənləşdirmək;
• Məhsulu və xidmət yaratmaq və onun satış kanallarının müəyyən edilməsini təşkil etmək.
• Rəqiblərin araşdırılması və  onlar üzrə məlumat bazası yaradılmasını təşkil etmək və onu daima təkmilləşdirmək;
• Satışın təşkilinə köməklik etmək;
• Satışla bağlı ortaya çıxan məsələlər köməklik göstərmək;
• Məhsul və xidmətlərin satışında müştəri xidməti strukturarına və Kreditlərin idarəedilməsi və Nəzarət departamentinə yaxından köməklik göstərmək;

• Bankın imicinin formalaşmasını təmin edən tədbirlər görmək;

• Bankın broşuralarının və illik hesabatının hazırlanması;

• Bankın internet səhifəsində məlumatların yeniləşməsinə nəzarət;

• Bankda keyfiyyətə nəzarət işini təşkil etmək;

• Azərbaycandan kənar yeni tərəf-müqabil bankların və maliyyə institutlarının müəyyən olunması üzrə işləri görmək;
• Yeni satış texnologiyalarının tətbiqi, bu sahədə satış işçilərinin hazırlanması ;

• Call center-in xidmət fəaliyyətinin yaxşılaşdırılmasına nəzarət etmək;
• Satişa dəstək ola biləcək digər bütün işlər;

CV- Marketinq  mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər