6 C
Baku
Monday, December 16, 2024

Oktyabrdakı hərraclarda $305 mln. xarici valyuta satılıb

15 oktyabr 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

Banker.az bu badə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hərracda tələb 64.7 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Bu isə oktyabr ayında qeydə alınan ən böyük tələbdir. Xatırladaq ki, oktyabrda 5 hərrac keçirilib, ümumilikdə 305.2 mln. ABŞ dolları dəyərində valyuta satılıb.

Bugünkü hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.

Son xəbərlər
Digər xəbərlər