10 C
Baku
Thursday, December 12, 2024

Nazir: “Yoluxmanın 500-ü keçməsi gün ərzində bir neçə məktəbin bağlanmasına gətirib çıxara bilər”

“Avropa ölkələrində və digər ölkələrdə koronavirusun ikinci dalğasını müşahidə edirik”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Təhsil naziri deyib ki, payız ayında yoluxmanın artması gözləniləndir: “Eyni zamanda, başa düşməliyik ki, biz xüsusi şəraitdəyik, xüsusilə diqqətdə olmalıyıq. Təhsil Nazirliyi məktəblərdə yoluxma ilə bağlı ictimaiyyətə gündəlik məlumat verirdi. Əgər sentyabrın 15-dən oktyabrın 5-dək cəmi 2 məktəbdə qapanma qeydə alınmışdısa, son günlər hər gün 10-15 məktəb bağlama məcburiyyətində idi. Yoluxmanın səviyyəsinin 500-ü keçməsi gün ərzində bir neçə məktəbin bağlanmasına gətirib çıxara bilər”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər