“Özəl kurslar təhsil müəssisəsi sayılmır, təhsil verən şirkət sayılırlar”.
Bunu mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, bununla bağlı Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarda müvafiq bəndlər yoxdur:
“Lakin hər kəs obyektiv yanaşmalıdır. Əgər risk varsa, distant təhsilə keçmək mümkündürsə, özəl kurslar da distant təhsilə keçsə, yaxşı olar. Çünki bir çox tətbiqlər işləyir, onlar üzərindən onlayn təhsil vermək olar”