Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirləri 17 964.5 milyon manat, xərcləri isə 18 642.1 milyon manat olub.
Bu barədə Banker.az AzStatKom-a istinadən xəbər verir.
Məlumata görə, dövlət büdcəsinin gəlirləri 6.5 faiz, xərcləri isə 11.7 faiz öncəki illə müqayisədə artıb.
Nəticədə dövlət büdcəsinin kəsiri 677.6 mln. manat təşkil edib. Bu öncəki ayda 401.5 mln. manat idi.
Qeyd edək ki, Milli Məclisin 2020-ci il üzrə dövlət büdcəsi üçün təsdiqlədiyi sənəddə də kəsir olacağı proqnozlaşdırılmışdı.