24 C
Baku
Monday, April 29, 2024

Neftə təlabatın azalma ehtimalları qiymətini azaldır

Dünya birjalarında neftə olan tələb iqtisadi aktivliyin zəifləməsi səbəbindən təzyiq göstərməkdə davam edir.

Bunun nəticəsi olaraq, hətta OPEC+ alyansının (Azərbaycanda buna daxildir) görüşü ilə bağlı xəbərlər belə qiymətə təsir etməyib.

Londonun ICE birjasında Brent markalı neftin dekabr fyuçersləri üzrə qiyməti 42.82 dollar/bll. təşkil edib. Bu isə sessiya ərzində 0.11 dollar və ya 0.26% faiz azalması deməkdir.

Azalma eynilə Texas neftində də müşahidə edilir. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu neftin bir bareli 40.74 dollara, yəni, bu da 0.34% ucuzlaşması deməkdir.

Qeyd edək ki, hazırda koronavirus pandemiyası səbəbindən dünyada iqtisadi aktivlik zəifləyib. Əsas neft idxalçılar Çin, Hindistan və Avropa ölkələrində təlimat düşüb. Bununla belə, Bloomberg-in yazdığı məlumata görə, Çin iqtisadiyyatı əvvəlki dövrünə qayıdır.

Şimal Yarımkürəsində payızın daxil olduğundan COVID-19 epidemyasına yeni yoluxma dalğaları müşahidə edilir. Buna görə də növbəti aylarda neftə tələbata yeni təzyiq imkanı yaratdığından qiymətin düşməsi ehtimalını artırır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər