17 C
Baku
Thursday, October 31, 2024

Koronavirusun yeni simptomu aşkarlandı

London Universitet Kolleci və Kral Milli Komitəsinin elm adamları, Covid-19 diaqnozu qoyulmuş bir çox xəstənin eşitmə qabiliyyətində dəyişiklikləri aşkar ediblər.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Mütəxəssislər müəyyənləşdiriblər ki, koronavirusun aşkarlandığı xəstələrin bir hissəsi tinnitusdan – qulaq cingiltisi və ya səs-küydən şikayət edirlər. Bundan əlavə, koronavirusu olan xəstələrin eşitmə qabiliyyətini tamamilə itməsi halları müəyyən edilmişdir.

Alimlər həkimləri xəstələrin eşitmə səviyyəsindəki dəyişikliklərə diqqət yetirməyə və Covid-19 diaqnozu qoyulduqda onları müalicə etmək üçün profilaktik tədbirlər görməyə çağırıblar.

Son xəbərlər
Digər xəbərlər