Pandemiya səbəbindən Gürcüstanı tərk edə bilməyən 50 Türkmənistan vətəndaşı Azərbaycan vasitəsilə təxliyə olunacaq.
Təxliyə oktyabr-noyabr aylarına təyin olunub.
Vətəndaşlardan ibarət qrup avtobuslar vasitəsilə Azərbaycandan tranzit keçməklə Türkmənbaşı-Ələt-Türkmənbaşı marşrutu üzrə hərəkət edən gəmi ilə Türkmənistana yola salınacaq.
Vətənə çatan kimi onlar 14 günlük karantinə alınacaqlar.