Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxsin Koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar elan verdiyi tenderin qalibi məlum olub.
Banker.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxsi “Vitta-Elmi Texniki” MMC ilə müqavilə bağlayıb.
Müqavilədə Koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar laborator analizlərin aparılması üçün diaqnostik dəstlərin, avadanlıqların, ləvazimatların, fərdi mühafizə vasitələrinin, laboratoriya materiallarının və s. satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği 1 002 999.65 manatdır.
Bildirək ki, “Vitta-Elmi Texniki” MMC 2002-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 1000 USD və qanuni təmsilçisi Kamil Quliyevdir.