20.9 C
Baku
Monday, October 7, 2024

Məntiq – ən qədim elmlərdən biri kimi

Məntiq ən qədim elmlərdən biri hesab edilir. Məntiqin yaranmasına dair ayrı-ayrı mənbələri bizim eradan əvvəl 2-ci minilliyin sonunda Hindistanda aşkar etmək mümkündür. Lakin məntiqin sırf elm kimi inkişafından bəhs edildikdə məntiqin vətəninin Qədim Yunanıstan olduğunu demək daha düzgündür. Məhz burada bizim eradan əvvəl V-IV əsrlərdə – demokratiyanın qızğın inkişaf dövründə Demokrit, Sokrat və Platonun səyləri nəticəsində məntiqin əsası qoyulur.

Məntiqin əcdadı qədim dövrün görkəmli şəxsiyyəti, Platonun şagirdi Aristotel olmuşdur.

Məhz o öz “Orqanon” ümumi adı altında toplanan yazılarında ilk olaraq əsas məntiqi qaydaları təhlil və təsvir etmişdir.

Yeni dövrdə isə məntiq tarixində ən gökəmli hadisə ingilis filosof Frensis Bekonun “Yeni orqanon” əsəri olmuşdur. Onun fikrincə onun əsəri Aristotelin “Orqanon”-unu əvəz etməli idi.

Frensis Bekonla yanaşı yeni dövrdə Rene Dekart, Q. Leybniç, İ. Kant və s. kimi filosoflar da məntiqlə məşğul olmuşdur.

Son xəbərlər
Digər xəbərlər