Türkiyənin Daxili İşlər Naziri koronovirusa yoluxub

Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Banker.az xəbər verir ki, bu barədə nazir “Twitter”də bildirib.

O, özü ilə bərabər həyat yoldaşı və qızının da COVID-19 testinin pozitiv çıxdığını qeyd edib.

Nazir özünün və ailə üzvlərinin səhhətlərinin normal olduğunu və həkimlərin tövsiyəsi ilə müalicələrini xəstəxana şəraitində davam etdirdiklərini vurğulayıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər