®Ölkəmizdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı çərçivəsində, noyabr ayının 1-dən başlayaraq Mərkəzi Bank tərəfindən təşkil edilmiş və geniş əhali təbəqəsini əhatə edəcək “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyaya Expressbank-da qoşulub.
Noyabr ayı ərzində keçiriləcək stimullaşdırıcı lotereya dövründə Expressbank-ın bütün növ ödəniş kartları ilə, ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq kampaniyada iştirak hüququ əldə edəcəklər. Lotereyada qalib gələn iştirakçıların hər birinə isə 100 manat məbləğində hədiyyə, kartlarına “cashback” şəklində mədaxil edilərək təqdim ediləcək.
Lotereyanın əsas məqsədi əhalinin bütün sosial təbəqələrinin rəqəmsal ödənişlərə marağının artırılması ilə yanaşı, xüsusi ilə pandemiya dövründə sağlamlığın qorunması məqsədilə nağd puldan istifadənin azaldılması, ödənişlərin isə nağdsız aparılmasını təmin etməkdir.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.