3 noyabr 2020-ci il tarixində Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
“Hərracda tələb 62.4 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir”- deyə, AMB-nin məlumatında deyilir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.