12 C
Baku
Sunday, November 17, 2024

Bakıda neft hasilatı 7,6% azalıb, qaz hasilatı isə 8,3% artıb

Bakının bu il yanvar-sentyabr aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 16,2 milyard manat olmaqla ötən ilin analoji dövrü ilə müqayisədə 6% azalıb.

Banker.az Bakı Şəhər Statistika İdarəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-sentyabr aylarında sahənin əsas məhsulu olan xam neftin əmtəəlik hasilatı  25,7 milyon ton, əmtəəlik  təbii qazın hasilatı isə 19,4 milyard kub metr təşkil edib.

Qeyd edək ki, neft hasilatı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,6 faiz azalıb, qaz hasilatı isə 8,3 faiz artıb.

Son xəbərlər
Digər xəbərlər