2 C
Baku
Sunday, December 15, 2024

“Dost İş Mərkəzi” ofis icarəsinə ayda 33 min manat ödəyəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinə məxsus “Dost İş Mərkəzi” MMC 8 aylıq ofis icarəsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Banker.az xəbər verir ki, tenderin qalibi Əşrəf Səxavət oğlu Səfərovdur.

Qalibə ümumilikdə 264,6 min manat ödəniləcək ki, bu da aylıq 33 075 manat ödəniş deməkdir.

Xatırladaq ki, “Dost İş Mərkəzi” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. Şirkət vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması üzrə müqavilələrin rəsmiləşdirilməsini təmin edir.

Son xəbərlər
Digər xəbərlər