19 C
Baku
Saturday, October 12, 2024

Azərbaycandakı İran bankı girovda olan əmlakını satışa çıxardı – Siyahı

Azərbaycan bankı girovda olan əmlakını satışa çıxarıb.

Banker.az xəbər verir ki, Bank Melli İran Bakı filialı əmlak satışını həyata keçirir. Əmlak satışına yaşayış evləri/mənzillər və qeyri-yaşayış obyektləri daxildir.

Yaşayış evləri/mənzillər Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, ev 42 və 44 ünvanında yerləşən yeni tikilmiş binada yerləşir. Qiyməti razılaşma yolu ilədir.

• 4 otaq • 105.4 m2 • 18/3 Mərtəbə

• 4 otaq • 172.1 m2 • 18/4 Mərtəbə

• 4 otaq • 172.2 m2 • 18/3 Mərtəbə

• 4 otaq • 164.5 m2 • 18/4 Mərtəbə

Məzillər nəğd və ya kredit yolu ilə satılır. Qeyd olunan yeni tikili 28 May metro stansiyası, Çay fabrikinin yaxınlığında yerləşir. Bina qaz,su,işıq və lift ilə təmin olunub. Mənzillər təmirsizdir. Hər bir mənzilin seyf qapısı, pvc pəncərə və balkonu vardır.

Bankın satışa çıxardığı qeyri-yaşayış obyektləri isə aşağıdakı ünvanda yerləşir və qiyməti razılaşma yolu ilədir.

•Bakı şəhəri, Nizami rayonu Naxçıvanski küç 29 ünvanında yerləşən 48.2 kv.m qeyri-yaşayış sahəsi satılır.

•Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən “Babək Plaza”da C blokunda 3,4,5,6,7-ci mərtəbələrdə sahəsi 185.4 m2-dən 251.80 m2-dək  olan yaxşı təmirli, Çıxarışlı 15  qeyri-yaşayış sahəsi satılır.

•Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, ev 42 ünvanında yerləşən yeni tikilmiş binada 558.30 kv metr sahəsi olan qeyri-yaşayış sahəsi nəğd və ya kredit yolu ilə satılır. 28 may metro stansiyasının yaxınlığında yerləşən Çay fabrikinin yanında yerləşir. Qaz, su, işıq və 24 saatlıq mühafizə xidməti ilə təmin edilmişdir. Obyekt bank, klinika, super market, ticarət mərkəzi, restoran üçün münasibdir.

Xatırladaq ki, Bank Melli İran, İran-Azərbaycan ticarət-iqtisadi əlaqələrinin iqtisadi subyektlərinə daha geniş və operativ maliyyə-kredit xidmətləri göstərmək üçün 1993-cü ildə Bakı filialını istifadəyə verib.

Son xəbərlər
Digər xəbərlər