-1 C
Baku
Sunday, December 15, 2024

Nyu-Yorkda koronovirusa görə yeni məhdudiyyətlər tətbiq olunub

Nyu-Yorkda “Covid-19″a yoluxanların sayını azaltmaq üçün yeni məhdudiyyətlər tətbiq olunub.

Banker.az xəbər verir ki, bu barədə məlumatı çərşənbə günü Nyu-York qubernatoru Endryu Kuomo verib.

Cümə günü axşam saat 22-də qüvvəyə minən yeni qaydalara görə, bar, restoran və idman salonları və ya fitness mərkəzləri ilə yanaşı Dövlət Alkoqol Təşkilatı tərəfindən lisenziyalı müəssisələrin hər gün saat 22-dən səhər 5-ə qədər bağlanması tələb olunur.

Restoranların axşam saat 10-dan sonra yemək və ya çatdırılma təmin olunmasına icazə veriləcək.

Həmçinin, xüsusi  açıq və qapalı yaşayış yerlərində 10 nəfərdən çox insanın toplanmasına icazə verilməyəcək.

Nyu-Yorkda, “Worldometers” qeydlərinə görə, bu günə qədər 573 mindən çox insan bu virusa yoluxub.

Ölkədə, koronavirus epidemiyasından ölənlərin siyahısında, Nyu- York hələ 33 min 876 itki ilə birinci yerdədir.

Son xəbərlər
Digər xəbərlər