Macarıstanın “WizzAir” şirkəti Bakı-Budapeşt marşrutu üzrə uçuşları bu il bərpa etməkdən imtina edib.
Banker.az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli bildirib.
M.Səfərli əlavə edib ki, “WizzAir” bu qış mövsümü uçuşlarını yerinə yetirməyəcək.
“Lakin gələn ilin martın 27-dən oktyabrın əvvəlinə kimi həftədə 2 dəfə uçacaqlar”, – deyə M. Səfərli qeyd edib.