15-ci Rusiya sülhməramlı briqadasının hərbi bölmələrinin şəxsi heyətinin və zirehli maşınların olduğu daha iki “An-124” və 18 “İl-76” tipli hərbi nəqliyyat təyyarəsi Yerevan hava limanına enib.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik əlavə edib ki, gün ərzində Rusiyanın hərbi təyyarələri ilə 58 avadanlıq – zirehli personal daşıyıcı, yük maşınları, tankerlər, ekskavatorlar və digər maddi-texniki avadanlıqlar Ermənistana gətirilib.
Daha əvvəl Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingentinin 1 960 sayda odlu silahlı hərbi qulluqçudan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət olacağı bildirilmişdi.