Serbiyada 15 gün müddətində bütün əyləncə müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb.
TASS-ın məlumatına görə, bu barədə Serbiyanın Baş naziri Ana Brnabiç danışıb.
Baş nazir bildirib ki, ölkədə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün əlavə sərt tədbirlər görülür.
“Biz ilk növbədə bütün əyləncə müəssisələrinin – restoran, kafe, klub, həmçinin mağazaların fəaliyyətini məhdudlaşdırırıq”, – deyə A.Brnabiç qeyd edib.
O, bu cür müəssisə və mağazaların işinin saat 21.00 ilə 05.00 arasında məhdudlaşdırıldığını qeyd edib.