2020-ci ilin 10 ayı ərzində Azərbaycandan 173 milyon 19 min dollar dəyərində 160 min 269 ton pomidor ixrac edilib.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin ilin 10 ayı ilə müqayisədə 2020-ci ilin 10 ayında pomidor ixracı miqdar ifadəsi ilə 15%, məbləğ ifadəsi ilə 17% artıb.
2019-cu ilin 10 ayında Azərbaycandan 147 milyon 607 min dollar dəyərində 139 min 576 ton pomidor ixrac edilmişdi.
Cari ilin oktyabr ayında isə Azərbaycandan 5 milyon 216 min dollar məbləğində 5 min 289 ton pomidor ixrac edilib. Sentyabr ayında isə 763 min dollar dəyərində 861 ton pomidor ixrac edilib. Aylıq müqayisədə pomidor ixracında artım müşahidə olunur.